UEFA EURO 2020-də iştirak etmək istəyən əlil azarkeşlər artıq bütün matçlar üzrə biletləri UEFA-nın onlayn bilet satışı portalı vasitəsilə sifariş edə bilərlər.

Yarışmanın 60 illik tarixində ilk dəfə olaraq UEFA EURO 2020 Avropada on iki fərqli ölkədə keçirilir.

Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq UEFA 2020-yə ev sahibliyi edən ölkələrdir və yarış 12 iyun 2020-ci il tarixində Romanın Olimpiko stadionunda başlayacaq.

Cəmi 51 matç  oynanacaq ki, bunlardan ən əsası 12 iyul Londonun Uembli stadionunda keçiriləcək  final oyunu olacaq. 

İstənilən matçda əlillər üçün bilet sifariş etmək məqsədilə daxil olun https://euro2020.com/tickets. 

Sifarişçilər 12 iyul 2019-cu il cümə günü Bakı vaxtı ilə 17:00-a qədər biletləri qeydiyyatdan keçirməlidirlər. 

CAFE bilet satışı zamanı sifarişçilərə kömək etmək məqsədilə UEFA EURO 2020 Əlillər üçün Biletlər üzrə "İstifadə Qaydası" adlı Təlimat Kitabçası dərc edib, buradan endirə bilərsiniz. Təlimat Kitabçasında UEFA Bilet Portalından istifadə etməklə Əlillər üçün bilet almaq haqqında mərhələli təlimatlar  göstərilir  və sifarişçinin yarana biləcək suallarına cavab vermək məqsədi daşıyır.

Biletlər iki kateqoriyada mövcuddur - əlil arabası istifadəçisi üçün yerlər və asan girişli yerlər. Əlil arabası istifadəçiləri və asan girişli bilet sahibləri üçün lazım olan yerlərdə pulsuz yoldaşlıq biletləri də tətbiq oluna bilər.

Yarışın keçirildiyi məkana və mərhələyə əsasən fərqli qiymət kateqoriyaları mövcuddur və giriş biletlərinə 3-cü kateqoriyaya uyğun qiymət qoyulur.

UEFA EURO 2020 bilet qiymətləri haqqında ətraflı məlumatı burada tapa bilərsiniz https://support.tickets-euro2020.uefa.com/hc/en-us/articles/360028273292-How-much-do-tickets-cost-What-price-categories-are-available-.

Əlillər üçün bilet sifariş edən şəxslər müraciətlərin dəstəklənməsi üçün rəsmi əlilliyə dair sübut təqdim etməlidir. Sifarişçilər əlilliyin sübutuna dair öz ölkələrində qəbul edilən etibarlı sənədləri təqdim etməlidirlər. 

Nəzərə alın  ki, avtodayanacaqdakı göy nişanlar şəklində olan icazələr, adətən, əlilliyin həqiqi sübutu hesab edilmir.

Hər matç üzrə əlillər üçün məhdud sayda parkinq icazəsi də mövcud olacaq. Sifarişçilər əlillər üçün bilet sifariş edərkən parkinq icazəsində maraqlı olduqlarını da qeyd edə bilərlər. Parkinq üçün icazələrin bölgüsü prosesi haqqında əlavə məlumat yarış başlanmazdan əvvəl UEFA tərəfindən veriləcək.

Əlillər üçün bilet sifarişi və biletlərin satışı haqqında əlavə məlumat almaq üçün bu ünvana daxil olun: https://www.uefa.com/uefaeuro-2020/ticketing/

UEFA EURO 2020 yarışlarında əlillər üçün biletlər haqqında hər hansı sualınız varsa,  https://support.tickets-euro2020.uefa.com/hc/en-us/requests/new ünvanına daxil olmaqla UEFA Bilet Satışı ilə əlaqə saxlayın, yaxud, [email protected] ünvanına e-məktub göndərərək və ya +44 (0) 208 065 5108 nömrəsinə zəng vuraraq CAFE ilə əlaqə saxlaya bilərsiniz.



Published 18/06/2019